Pəncərəni silərkən 11-ci mərtəbədən yıxıldı - Dəhşətli HADİSƏ



 23:49 03.02.2023     616

Türkiyənin Kahramanmaraş bölgəsində təmizlədiyi binanın 11-ci mərtəbəsindən yıxılan qadın həyatını itirib.

Demedia.az xəbər verir ki, hadisə Onikisubat rayonunun Heydərbəy məhəlləsində baş verib.

Daxil olan məlumata görə, 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən mənzilin şüşələrini silmək istəyən təmizlik işçisi 45 yaşlı Emine Gök müvazinətini itirərək beton döşəməyə yıxılaraq ölüb.

Görənlərin xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Ətrafda təhlükəsizlik tədbirləri alan polis qrupları, araşdırma etdi. Qrupların araşdırmasının ardından Gökün cansız bədəni yarılma üçün Ədliyyə Tibb Qurumuna aparılıb.

Hadisənin şahidi olan vətəndaş “Qadın yıxıldığını eşitdik və araşdırma apardıq, 11-ci mərtəbəyə qalxdıq. Dedik ki, yəqin işləyir, lavaboya getdi, yemək hazırdır.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Aysun / Demedia.az