İnanılmaz HADİSƏ: "Porsche" orijinal qiymətinin 90 faiz ucuz satılır...



 21:03 03.02.2023     583

Çində yeni Porsche avtomobili təsadüfən orijinal qiymətinin onda biri qiymətinə satışa çıxarılıb

Demedia.az xəbər verir ki, Çində real ola bilməyəcək qədər ucuz qiymətə satışa çıxarılan lüks idman avtomobili alıcıların diqqətini çəkib.

Yinçuan şəhərindəki Porsche dileri cəmi 124.000 yuan və ya təxminən 18.300 dollara yeni avtomobili satışa çıxardı. Amma Porsche-nin Panamera modelinin başlanğıc qiyməti əslində 148.000 dollardır.

Alman avtomobil istehsalçısının sözçüsü BBC-yə bildirib ki, qeyd olunan satış qiymətində ciddi səhvə yol verilib və dərhal dəyişdirilib:

"Satış prosesinə görə anbarda yalnız bir avtomobil olduğundan, Yinchuan Porsche dileri onlayn rezervasiya haqqını ödəmiş ilk müştəri ilə əlaqə saxladı və müvafiq nəticəyə nail olmaq üçün danışıqlar apardı."

Diler də təklif edən hər kəslə görüşüb, vəziyyəti izah edib, üzr istəyib.

Porsche, satış elanının yanvarın 30-da paylaşıldığını və 911 yuan rezervasiya haqqını ödəmiş şəxslərin geri qaytarıldığını açıqladı.

Aysun / Demedia.az