Paludanın uşaqlarla seksual məzmunlu söhbətləri üzə çıxdı



 19:45 03.02.2023     300

İsveç və Danimarkada polisin himayəsi altında Quranı yandıran siyasətçi Rasmus Paludanın uşaqlarla seksual xarakterli söhbətləri üzə çıxıb.

Demedia.az xəbər verir ki, Paludan 18 yaşından kiçik olduğunu bilsə də, sosial media platforması vasitəsilə uşaqlarla cinsi məzmunlu söhbət edib. Səs yazılarına görə, Paludan bu söhbətlər zamanı narahatedici və cinsi mövzulu söhbətlər edib. Qrup söhbətlərinin birində sosial media istifadəçiləri Paludana yaşlarının 13 ilə 17 arasında olduğunu bildirib. Sosial media istifadəçiləri Paludandan yaşını soruşanda o, 39 olduğunu deyib.

 Qeyd edək ki, Paludanın keçmişdə seksual məzmunlu söhbətləri üzə çıxsa da, buna görə cəza almayıb.

Bahadur Seyidov