Cəsus şarı Kanada səmalarında müşahidə edildi



 19:15 03.02.2023     302

Kanadada da cəsus şarı müşahidə edilib.

Demedia.az xəbər verir ki, bu barədə Kanadanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, şar xeyli yüksəklikdən uçur və onun Kanada üçün təhlükəsi yoxdur. Məlumata görə, şarın hərəkəti yaxından izlənilir və Kanadanın kəşfiyyat məlumatlarının ələ keçməməsi üçün tədbirlər görülür. Bildirilir ki, məsələ barədə Kanada və ABŞ kəşfiyyatı birgə işləyir.

Qeyd edək ki, Çinə aid olduğu bildirilən cəsus şarı ABŞ-ın şimalında da müşahidə edilib. Pentaqon şarın ABŞ üçün təhlükəli olmadığını açıqlayıb.

Bahadur Seyidov