Türkiyənin üzərinə götürdüyü vasitəçilik vəzifəsi çox əhəmiyyətlidir - Ukrayna ombudsmanı



 20:19 03.02.2023     287

"Türkiyənin üzərinə götürdüyü vasitəçilik vəzifəsi çox əhəmiyyətlidir".

Demedia.az xəbər verir ki, Ukrayna ombudsmanı Dmitri Lubinets belə deyib. O İstanbulda Baş ombudsman Şeref Malkoçla görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib ki, Kiyev Türkiyənin təşəbbüsü ilə yaradılan bu platformanı və bu platformanın işini yüksək qiymətləndirir:

“Bu, çox əhəmiyyətli fəaliyyətdir. İndi müəyyən nəticələr əldə edilib və davam etdiriləcək. İşimiz bundan sonra da davam edəcək. Vasitəçilik rolu çox vacibdir. Daha əvvəl Rusiyanın iştirakı ilə üçtərəfli görüş keçirdik. Ümid edirik ki, tərəflərin nəticəyönümlü əməkdaşlığı davam edəcək”.

Bahadur Seyidov