Peskov Putinin Qərbə mesajını şərh etdi



 17:28 03.02.2023     295

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Stalinqrad döyüşünün 80-ci ildönümü ilə bağlı tədbirdə Qərbin Ukraynaya silah tədarükünə qarşı verdiyi mesaja aydınlıq gətirib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Putin “Qərb Ukraynanı silahla təmin etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək” mesajını verib:

"Bu o deməkdir ki, Rusiyanın potensialı var və kollektiv Qərb tərəfindən tədarük edilən yeni silahlar ortaya çıxdıqda, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün mövcud potensialından maksimum istifadə edəcək.

Bahadur Seyidov