Ukraynaya uzun mənzilli hava hücumundan müdafiə sistemləri verilir



 23:14 03.02.2023     280

Fransa və İtaliya uzun mənzilli hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsi ilə bağlı danışıqları başa çatdırıblar.

Demedia.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Fransa müdafiə naziri Sebastien Lecornu ilə İtaliyanın müdafiə naziri Guido Crosetto arasında telefon danışığı olub. Görüş zamanı nazirlər Ukraynaya hərbi dəstəyi müzakirə ediblər.

Tərəflər “SAMP/T – MAMBA” hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsi ilə bağlı razılığa gəliblər. Bildirilib ki, Fransa və İtaliya Ukraynaya öz suverenliyini müdafiə etməyə kömək etməkdə qərarlıdır.

Bahadur Seyidov