Almaniya necə zəngin oldu? - Araşdırma



 10:23 06.02.2023     1166

“Dünyanın ən varlı ölkələri” siyahısında bu ölkənin adına rast gəlməsəniz də, işlə, əməklə, texnologiya ilə Almaniya bu gün Avropa iqtisadiyyatının mərkəzidir.  Başqa sözlə desək, Almaniya ABŞ, İngiltərə, İsrail ilə birlikdə dünyanı idarə edir. Bəs, necə oldu ki, Almaniya bu hala gəldi? 

1900-cü ildə Berlin məhz belə idi. Bu isə 1945-ci ildəki-müharibədən çıxmış Berlindir. Gördüyünüz kimi, gözəl Berlin müharibədən sonra, sanki, xarabalığa çevrilib. II Dünya Müharibəsi ən çox iki ölkəyə ziyan verdi: Yaponiya və Almaniya. İkisinə də ən böyük ziyanı Amerika vurdu. Amma sonrasında məhz Amerika onların “əllərindən tutub ayağa qaldırdı”. Təbii ki, bunu etmə səbəbi hər iki ölkənin Rusiyanın “əlinə keçməsinin” qarşısını almaq idi. 

Necə oldu ki, Almaniya ekranda gördüyünüz  “dünya markaları”nın sahibi oldu? Bəli, bu markaların hamısı “alman markası”dır.  

Adətən, “varlı ölkələr təbii qaz və neft yataqlarına sahibdir” düşüncəsinə qapılırıq. Almaniya bu baxımdan zəngin deyil.  Yəni, “varlı ölkə” olmağın sirri yataqlar deyil.  Məsələn; İspaniyaya illərlə Amerikadan qızıl daşındı, amma İspaniya “varlı ölkə” olammadı.  Sadəcə olaraq, dənizə çıxışı olan hollandlar, portuqallar, ingilislər, ispanlar dünyada müstəmləkələr yarada bildilər.  Dənizə çıxışa malik olan Almaniya bunu da edəmmədi.  

Almaniya I və II Dünya Müharibələrinin hər ikisində böyük itkilər verdi. Buna rəğmən, bu gün iqtisadiyyatı güclü ölkədir. Xarici ticarətdən əlavə olaraq  3 milyard dollar əldə edir. 2020-ci ildə elektron mətbuatdan belə bir xəbər oxuduq: “Almaniya büdcəsində 50 milyar avro əlavə gəlir var”.  Hökumət masaya oturdu və bu pulu necə xərcləyəcəklərini müzakirə etdi.  
    “Büdcə əskiyi” ifadəsini çox eşitmişik biz. “Büdcə artığı” ifadəsi də var. Məsələn; Norveç hökuməti “artıq”ları fondlara qoyur, sonra bu fondlar dünyadakı böyük şirkətlərə ortaq olur. Yəni, Almaniya “büdcə artığı” olan ölkələrdəndir.  
I Dünya Müharibəsindən öncə Almaniya güclü ölkə idi. 1800-cü illərin Prussiyası alman imperatorluğunun idarəedicisi idi. Hər şey Otto Von Bismark`la  başlayır. 1862-ci ildə Prussiya kralı I Vilhelm Otto Von Bismark`ı baş nazir təyin edir. O da  məclisdəki ilk çıxışında deyir: “Qan və qılıncla yüksələcəyik!”  Belə də olur. Otto Von Bismark o qədər qəribə insan idi ki, ona qarşı çıxan hər kəsi bir şəkildə özünə  tabe edir, alman xalqının yüksəlişi naminə dayanmadan çalışır. Kapitalizmi ticarətin və sənayenin yüksəlməsi istiqamətində tətbiq edir, məclisi dağıdır,   hər bir sahənin idarəçiliyini birbaşa krala aid edir. Rusiya ilə, Fransa ilə münasibətləri yaxşılaşdırır. Alman “şahzadəlik”ləri arasında gömrük və vergi  sadələşdirməsi tətbiq edir. Mərkəzi Avropada əməlli-başlı “alman birliyi” yaradır. Bismark çox ağıllı adam idi. Başqa sözlə, Almaniyanın başına gələn “ən yaxşı hadisə” idi. 1878-ci ilin martında Rusiya ilə Osmanlı arasında problemi həll edən də Bismark idi. 1870-1900-cü illər arasında almanları birləşdirir.  Almaniyanın tarixində bu birləşmənin olduqca böyük əhəmiyyəti var. 
Bismark Almaniyanın sərhədlərində gömrük rüsumunu yüksəldir. Beləcə, almanlar daxili ticarətə daha maraqlı hala gəlirlər. 1871-ci ildə almanların yüksəlişinin “qızıl dövr”ü başlayır, 1914-cü ildə-I Dünya Müharibəsinin başlanğıcında bu yüksəliş tamamlanır. Otto Von Bismark belə böyük bir təsir yaradır. 
1914-cü ildə müharibə başlayanda İngiltərə böyük güc idi.  Almaniya isə hələ o zaman dünyanın ən böyük iqtisadiyyatına malik ikinci ölkə idi. Tarixə baxsanız, görərsiniz ki, XIX əsrdəki icadların 70%-nin müəllifi almanlardır.  Almaniyada “muzeylər adası” deyilən bir zona var, ora baş çəksəniz, heyran qalarsınız. Burda mühərrik necə təkmilləşdirilib,  texnoloji yeniliklər necə əldə edilib, bütün bunlar haqqında ətraflı məlumat almaq olar. Bir sözlə, almanlar dünya texnologiyasının “bel sütununu” təkmilləşdirib. 
II Dünya Müharibəsi bitəndən sonra geriyə darmadağın edilmiş Almaniya qaldı. Müharibə illərində alman alimlərinin çoxu ABŞ-a qaçdı.  ABŞ-ın Aya getməsinin səbəbi məhz alman elm adamları idi.  Qeyd edim ki, SSRİ də almanlardan az texnologiya oğurlamadı.  Döyüş təyyarələri, bombardman təyyarələri, kosmik texnologiyaların əksəriyyəti almanlardan göz görə-görə oğurlanıb.  Alman alimlərinin beyin gücünü, iş əzmini görən ABŞ Almaniyanı məhz bu səbəbdən Rusiyaya vermək istəmədi. Ona sahib çıxdı. Bu gün Almaniya 21 ABŞ hərbi bazasına ev sahibliyi edir.  Yəni, Almaniya bu dəqiqə də savaşmaqdan qorxmur.  Çünki Almaniyaya hücum edən dolayısı ilə ABŞ-a hücum edəcək. Bu, həm də, Almaniyanın hərbi sahəyə daha az pul xərcləməsinin səbəbidir. Qısaca desək, Almaniyanın yüksəlişinin birinci səbəbi ABŞ-dır. İkinci səbəb isə almanların əməksevərliyidir. 
Bəli, ola bilər ki, kənardan baxanda onların daha az işlədiyi fikrinə qapılarsınız. Amma onlar işə bizə nisbətən, daha erkən saatda başlayırlar. Buna görə də, iş saatları tez bitir. Dəqiqdirlər; saatın bir dəqiqəsini belə boş buraxmazlar.  Məsələn; biz səhər 9-da işə gələndə  belə, narazı qalırıq. Saat  10-a qədər e-mailə, sosial hesablara baxırıq, 11-i keçən kimi  günorta yeməyi barədə fikirləşirik. Nahar fasləsindən qayıdanda “Nə içək?” sualına cavab axtarırıq. Saat 16-dan sonra da axşamın planlarını qururuq... Almanlar isə belə deyil. İşə başladımı, işləyir... Bir də, onların qanuna əməl etmə məsuliyyətləri var. Başqa sözlə, qanunilik almanların ictimai mədəniyyətidir. 
Məsələn; Almaniyada nəqliyyatlarda bilet yoxlaması olmasa belə, hamı biletini alır. Bizdə elə şey olsa, hamı pulsuz minər-düşər.   Biz düşünürük ki: “Yoxlayan yoxdursa, biletə niyə pul verim?” Alman düşünür: “Nəqliyyatdan istifadə etmək üçün bilet almalıyam. Kiminsə bunu yoxlayıb-yoxlamamasının önəmi yoxdur.”  Bu məntiq fərqi, təbii ki, cəmiyyətlərarası fərqin də izahıdır. 
Məhz bu məntiq və dəqiqliklə I Dünya Müharibəsindən itki ilə çıxmış almanlar  20 il sonra yeni bir müharibəyə qatılmaq gücünə malik oldular. Həmin dövrdə böyük Osmanlı İmperiyası ərazi itirirdi. 
Almaniya hazırda  bir çox sahədə öndədir: 
Kimya sənayesində; 
Dərman və tibb sahəsində; 
Avtomobil sənayesində; 

Almaniyanın gücünün təməlində 5 şey var: 
-Alman sənayesi G7 ölkələri arasında ən yüksək göstəriciyə malikdir. 
-Orta  təbəqənin qayğısına qalınır; 
-Güclü iqtisadi mərkəzləri var; Münhen texnologiya, Ştutqart avtomobil, Frankfurt maliyyə işləri, Hamburq liman, media  mərkəzi kimi artıq dünyada məşhurdur. 
-İşsizlik probleminə ciddi yanaşırlar və  bir insanın işsiz qalmağını belə, müzakirəyə çıxara bilirlər. 
-Güclü xarici ticarətə malikdirlər. 

Almanların Hollandiyanı əkinçilik, Fransanı ticarət və s. bunun kimi ölkələri koordinasiya etmək qabiliyyətləri var.  Bir daha təkrar edirəm, almanların özlərinin “möcüzə iqtisadiyyat” dediyi şeydə ABŞ-ın payı var. Amma əsas pay almanların qaydalara riayət etmək, məsuliyyətli davranmaq xarakterlərinindir. 
Almanlarda qohumbazlıq, tanış-tunuş söhbəti keçərli deyil. İşi bacarmayan qohum da olsa, dost da olsa, o işdə saxlanılmır. 1990-cı ildə Şərqi və Qərbi Almaniya birləşdikdən sonra  ilk 15 il çətin keçdi.  Ruslardan qalan dağıntıları aradan qaldırmaq, işləməyən fabrik-zavodları təkrar işə salmaq o qədər də asan olmadı. 
Ekranda gördüyünüz qrafikə baxın. 2004-cü ildə işsizlik əməlli-başlı problem idi. 2017-ci ildə isə artıq problem minimum həcmə endirilib.  Digər ölkələrin hesabatlarına nəzər saldıqda isə prosesin əksinə getdiyini, işsizliyin ildən-ilə artdığını görürük. 
Bizdə uşaqlar imtahanı verib hansısa universitetə qəbul olmaq üçün candərdi çalışarkən, alman uşaqlar işləmək, pul qazanmaq üçün çalışırlar. Biz əzbərləyirik, onlar öyrənirlər.  Onların professorları da öyrənməyə davam edir.  Bizdə isə bir damcı biliyimizlə artıq hamıya dərs keçməyə hazır olduğumuzu sanırıq. 
Düzdür, hər yerin yaxşısı da var, pisi də... Tənbəl, məsuliyyətsiz almana da rast gəlmək olar. Sadəcə, onlarda bu cür adamları barmaqla göstərmək mümkün ikən, biz işləyən, çalışan görəndə təəccüblənirik. 
Almaniyada kiməsə vergi güzəşti edilmir. Edilsə də, gərək, “daşdan keçən” səbəb olsun. Üstəlik, hər kəs vergi ödəmə məsuliyyətini hiss edir və vaxtlı-vaxtında ödəyir. 
1927-ci ildə çəkilən bu şəklə baxın. Burdakı alimlər ya Almaniya üçün çalışırdılar, ya da alman idilər. Sonradan ABŞ məhz bu heyətə məxsus elm adamlarının əksəriyyətini ələ keçirdi. 
Almaniya  Hitlerdən də dərs çıxarıb. Bu haqda da sonra danışaram... 

Bahadur Seyidov / Demedia.az