Türkiyədə SON DURUM: Oyunlar təxirə salındı



 18:00 06.02.2023     491

Superliqanın 23-cü həftəsində bu gün oynanılması nəzərdə tutulan “Fənərbaxça” – “Konyaspor”, “Ümraniyespor” – “Adana Dəmirspor” və “Giresunspor” – “Kayserispor” matçları zəlzələ səbəbindən gec tarixə təxirə salınıb.

Demedia.az xəbər verir ki, 1-ci Liqada "Eyüpspor" - "Bodrumspor" matçı da daha sonra oynanılacaq. 

Superliqa və 1-ci liqada bu gün keçirilməsi nəzərdə tutulan 4 qarşılaşma zəlzələ səbəbindən təxirə salınıb. Super Liqada Fənərbaxça-Konyaspor, Ümraniyespor-Adana Dəmirspor, Giresunspor-Kayserispor və 1-ci Liqada Eyüpspor-Bodrumspor matçları da daha sonra oynanılacaq.

Gənclər və İdman Naziri Dr. Mehmet Kasapoğlu, sosial media hesabından verdiyi açıqlamada deyib: "Ölkəmizdə keçiriləcək bütün milli idman təşkilatları ikinci bir açıqlamaya qədər fəaliyyətini dayandırdı. AFAD-ın koordinasiyasında bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir. Bir daha sevimli xalqımıza ən xoş arzularımı çatdırıram”.

Aysun / Demedia.az