Survivor yarışmasının iştirakçısı çağırış etdi: Tapa bilmirik...



 18:31 06.02.2023     707

Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ çoxlu sayda insan tələfatına səbəb olub.

Demedia.az xəbər verir ki, Survivor yarışmasının iştirakçısı İlayda Şeker Adıyamandakı əmisi oğlundan xəbər tutmadığını deyib.

Teatr artisti Orhan Aydın Hatayda qızı və keçmiş həyat yoldaşı ilə əlaqə saxlaya bilmədiyini açıqlayıb.

Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib. 30 saniyə davam edən zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Osmaniye, Samsun və Trabzonda da hiss olunub. Zəlzələ nəticəsində çoxlu sayda ölən və yaralanan var.
Teatrın aktyoru Orhan Aydın Twitter hesabında paylaşım edib.

Bir çox şəhərdə hiss olunan zəlzələdən sonra Adıyamandakı əmisi oğlundan xəbər ala bilməyən İlayda Şeker sosial mediadan kömək istəyib:

"Əmim oğlu Aykut Bulut Adıyaman İsias bələdçi qrupu ilə oteldə qalırdı, nə qrupdan, nə də əmim oğlundan xəbər ala bilmədim”.

Aysun / Demedia.az