Rusiya Türkiyəyə dəstəyə hazırdır - Peskov



 15:44 06.02.2023     302

"Türkiyənin xilasetmə əməliyyatlarını təşkil etmək üçün böyük potensialı var".

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitriy Peskov Qəhrəmanmaraşda baş verən zəlzələ ilə bağlı danışarkən belə deyib. O bildirib ki, Rusiya zəlzələ ilə əlaqədar Türkiyəyə kömək etməyə hazırdır:

"Rusiyanın xilasetmə qruplarının xüsusilə zəlzələdən sonra binaların dayanıqlığını müəyyən edən müəyyən sistemləri var. "Struna" adlı sistem və effektivliyini sübut edən digər sistemlər var. Burada Türkiyə tərəfinin ehtiyacları önəmlidir. Ən yüksək səviyyədə kömək etməyə hazırıq.Türk dostlarımızdan siqnal gözləyirik. Bu dəstək Türkiyə Cümhuriyyətinin ehtiyaclarından asılı olacaq”.

Bahadur Seyidov