Körpüdə qorxulu anlar! - Güclü külək dəhşət anlar yaratdı



 23:45 06.02.2023     1253

İstanbulda təsirli olan güclü külək səbəbindən yük maşınına ilişən boş qoşqu körpünün qoruyucularına doğru əyilib.

Demedia.az xəbər verir ki, qoşqu körpüdən uçmasın deyə kəndirlərlə bağlanıb. Ekipajlar qoşqu qaldırarkən hər iki istiqamətdə nəqliyyat sıxlığı yaranıb.

Fatih Sultan Mehmet körpüsündə səhər saatlarında Avropadan Anadolu yaxasına keçən kamyonetə ilişən boş qoşqu körpünün üzərindəki güclü külək nəticəsində yan üstə düşüb.

Körpünün polad kəndirlərinə doğru yan üstə uzanan qoşqu dənizə uçmasın deyə kəndirlə bağlanıb. Bir zolaq nəqliyyatın hərəkəti üçün bağlanıb və qoşqunun qaldırılması üçün işlərə başlanılıb. Hadisə yerinə polis və yanğınsöndürənlər də göndərilib.

FSM körpüsündə qorxulu anlar Güclü külək treyleri yıxır. Qrupların işindən sonra treyler qaldırılarkən hər iki istiqamətdə də sıxlığın olduğu görülüb.

Aysun / Demedia.az