İstənilən silahdan istifadə etməyə hazırıq - Medvedev



 16:14 06.02.2023     321

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya göndərdiyi silahların heç bir effekt verməyəcəyini iddia edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, təhlükələrin xarakterinə görə Rusiya istənilən silahdan istifadə etməyə hazırdır. Medvedevin sözlərinə görə, ABŞ-ın Ukraynaya göndərdiyi qabaqcıl silahlar Rusiyanın növbəti cavab hücumuna əsas verəcək. Jurnalistin uzaq mənzilli silahların Rusiyanı Kiyevlə danışıqlara məcbur edə biləcəyi barədə sualına Medvedeb “Əksinə olacaq” cavabını verib.

"Biz özümüzə heç bir məhdudiyyət qoymuruq və təhdidlərin xarakterindən asılı olaraq, vəziyyətdən asılı olaraq istənilən silahdan istifadə etməyə hazırıq. Sizi əmin edirəm ki, cavab çevik və qəti olacaq".

Bahadur Seyidov