İtaliya Türkiyədəki zəlzələ ilə bağlı verdiyi sunami xəbərdarlığını ləğv etdi



 16:58 06.02.2023     337

Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələdən sonra İtaliyada sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Demedia.az xəbər verir ki, xəbərdarlıqdan sonra sunaminin dərəcəsi aşağı salınıb. Ardınca tamamilə ləğv edilib. Qeyd edək ki, Sunami Xəbərdarlıq Mərkəzi tərəfindən yayımlanmış məlumatlara əsaslanaraq, Mülki Müdafiə Departamenti episentri Türkiyə ilə Suriya arasında baş verən 7,7 bal gücündəki zəlzələdən sonra İtaliya sahillərinə çata biləcək sunami dalğalarına dair həyəcan siqnalı verib:

“Sahil ərazilərindən uzaq durmağınız, yaxınlıqdakı yüksəkliklərə getməyiniz və yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyiniz tövsiyə olunur” - xəbərdarlıqda deyilib.

Bahadur Seyidov