Qətər Türkiyə üçün yardım kampaniyasına başladı



 17:12 06.02.2023     488

Qətər, Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkənlər üçün yardım kampaniyasına başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Qətər Xeyriyyə Təşkilatından açıqlama verib. Bildirilir ki, Türkiyə və Suriya üçün “Zəlzələ qurbanlarına yardım” şüarı ilə yardım kampaniyası başladılıb. Açıqlamaya görə, tibbi yardım, eləcə də humanitar yardım materiallarının bölgəyə çatdırılması üçün hazırlıq aparılıb.

Qətər Xeyriyyə Təşkilatı xeyriyyəçiləri kampaniyaya töhfə verməyə dəvət edib.

Bahadur Seyidov