Polşa, Rumıniya və Litva Türkiyəyə yardım göndərəcək



 17:49 06.02.2023     316

Polşa, Rumıniya və Litva Qəhrəmanmaraşda baş verən güclü zəlzələ ilə əlaqədar Türkiyəyə yardım göndərəcək.

Demedia.az xəbər verir ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski tvitter hesabında belə yazıb. O bildirib ki, Türkiyəyə ediləcək yardımın qəbulu üçün rəsmi icazə alınıb. Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb. Rumıniya Fövqəladə Hallar Komitəsi bəyan edib ki, Rumıniya prezidenti Klaus İohannis ilə məsləhətləşmədən sonra axtarış-xilasetmə qrupları zərər çəkmiş ərazilərə göndəriləcək.

Litvanın xarici işlər naziri Qabrielus Landsberqis də zəlzələ ilə bağlı üzüntüsünü ifadə edərək, “Biz Litva olaraq xilasetmə əməliyyatlarına dəstək olmaq üçün çadır, ədyal və tibbi xidmət göstərməyə hazırıq” deyib.

Bahadur Seyidov