"Yunanıstan resurslarını səfərbər edir və dərhal kömək edəcək" - Miçotakis



 18:16 06.02.2023     301

Yunanıstan Qəhrəmanmaraşda baş verən güclü zəlzələ ilə əlaqədar Türkiyəyə yardım göndərəcək.

Demedia.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis tvitter hesabında bu barədə yazıb. O Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, "Yunanıstan resurslarını səfərbər edir və dərhal kömək edəcək" deyə yazıb. Miçotakis Türkiyədə baş verən və Suriyada dağıntılara səbəb olan zəlzələdən "dərin kədərləndiyini" də qeyd edib.

Qeyd edək ki, 1999-cu ildə Türkiyədəki Mərmərə zəlzələsində Yunanıstan Türkiyəyə, 1999-cu ildə Yunanıstanda baş verən Afina zəlzələsində Türkiyə Yunanıstana yardım göndərmişdi.

Bahadur Seyidov