Rusiya və Ukrayna arasında əsir mübadiləsi oldu



 16:45 06.02.2023     330

Rusiya və Ukrayna arasında əsir mübadiləsi olub.

Demedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 63 rus əsgərin azad edildiyini açıqlayıb. Açıqlamada azad edilən hərbçilərin hamısının artıq Rusiyada olduğu, əsgərlərə psixoloji və tibbi yardım göstərildiyi, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradıldığı bildirilib. Məlumatda deyilir ki, dəyişiklik Birləşmiş Ərəb Əmirlikləri administrasiyasının vasitəçilik səyləri sayəsində mümkün olub.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində 116 ukraynalı əsgər azad edilib. Əsir mübadiləsi çərçivəsində 2-si zabit, 114-ü sıravi və çavuş olmaqla 116 əsgərin azad edildiyini qeyd edən Yermak, "İşimizə davam edirik. Hamını geri qaytaracağıq" - deyə qeyd edib. Yermak iki əcnəbi könüllü Kristofer Metyu Perri və Endryu Tobias Metyu və bir könüllü döyüşçünün cəsədlərinin əsir mübadiləsində Ukrayna tərəfinə qaytarıldığını yazıb.

Bahadur Seyidov