Serbiya NATO-ya üzv olmaq istəmir - Vuçic



 17:08 06.02.2023     313

"Serbiya NATO-ya üzv olmaq istəmir. Serbiya hərbi neytrallığını qorumaq və güclənmək istəyir”.

Demedia.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçic Kosovo probleminin həllinə dair Fransa-Almaniya Planının müzakirə edildiyi Serbiya Assambleyasındakı çıxışı zamanı belə deyib. O bildirib ki, hakimiyyətdə qalmaq naminə heç vaxt danışıqlara getməyəcək. Vuçic bəyan edib ki, onun üçün əsas olan Serbiyanın tərəqqisidir.

Vuçic Kosovonun Birləşmiş Millətlər Təşkilatına daxil olmasına mane olacaqlarını da qeyd edib.

Bahadur Seyidov