"813 təcili yardım maşını və 227 UMKE qrupu zəlzələ bölgəsindədir"



 09:31 07.02.2023     310

Səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgələrində 813 təcili yardım maşını və 227 UMKE qrupunun növbətçi olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki,  Nazir Koca sosial media hesabında bu məlumatları verib:

"Hazırda 813 təcili yardım maşını və 227 UMKE briqadası fəlakət bölgəsindədir. Onların sayı ölkənin hər yerindən bölgəyə yeni köçürülənlərlə artır. Nazirliyimiz tərəfindən təyin olunmuş 4221 səhiyyə işçisi bölgədə çalışır".