Rusiya Türkiyəyə yeni xilasetmə qrupunu göndərdi



 11:56 07.02.2023     296

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyəyə səhra xəstəxanaları və xilasetmə qrupları göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Türkiyəyə ikinci xilasetmə qrupu göndərilib. "Fəlakət bölgəsində zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün hava yolu ilə daşına bilən səhra xəstəxanası Türkiyəyə göndərilib. 40-dan çox mütəxəssis xəstəxanada fəaliyyət göstərəcək”- açıqlamada bildirilib.

Qeyd edək ki, Rusiya zəlzələ ilə bağlı Türkiyəyə humanitar yardım da göndərib.

Bahadur Seyidov