Rusiya və Ukrayna arasında daha böyük müharibəyə doğru gedirik - Quterreş



 14:18 07.02.2023     293

“Rusiya və Ukrayna arasında daha böyük müharibəyə doğru gedirik".

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş belə xəbərdarlıq edib. O bildirib ki, Rusiya və Ukrayna arasında müharibə Ukrayna xalqına ciddi zərbə vurub və bunun dərin qlobal nəticələri var. Quterreş İsrail-Fələstin münaqişəsi, eləcə də Əfqanıstan, Myanma, Haiti və Sahel bölgələri də daxil olmaqla sülhü təhdid edən digər münaqişələr barədə də danışıb.

Sülhə yanaşmanın dəyişdirilməsinin vacibliyini deyən Quterreş, bütün ölkələri BMT Nizamnaməsindəki öhdəlikləri yerinə yetirməyə və sülh hüququnu təmin etməyə çağırıb.

Bahadur Seyidov