Meksika Türkiyəyə 145 nəfərlik axtarış-xilasetmə qrupu göndərdi



 14:51 07.02.2023     281

Meksika prezidenti Andres Manuel Lopez Obradorun göstərişi ilə Türkiyəyə 145 nəfərlik axtarış-xilasetmə qrupu göndərilib.

Demedia.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin Avropa Departamentinin baş direktoru Bernardo Aguilar Calvo açıqlama verib. O bildirib ki, Meksikaya məxsus hərbi təyyarə ilə xilasetmə qrupu Türkiyəyə göndərilib. Türkiyənin Meksikadakı səfiri İlhan Kamal Tuğ Meksikaya təşəkkür edib.

“Mən bu çətin vəziyyətdə göstərdikləri dəstəyə və həmrəyliyə görə Meksika prezidenti Lopez Obradora və xarici işlər naziri Marselo Ebrara təşəkkür etmək istəyirəm” - səfir deyib.

Bahadur Seyidov