Avropa İttifaqının 19 ölkəsi Türkiyəyə göndərib



 15:17 07.02.2023     287

Avropa İttifaqının 19 ölkəsindən 27 axtarış-xilasetmə və tibbi qrupu Türkiyəyə göndərilib.

Demedia.az xəbər verir ki, bu barədə AB komissarı Janez Lenarcic sosial media hesabında yazıb. Türkiyəyə yardım göndərən ölkələr arasında Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Hollandiya, Polşa və digər ölkələr var.

Qeyd edək ki, zəlzələdən sonra Türkiyə 4-cü səviyyəli həyəcan elan etmişdi. 4-cü səviyyəli həyəcana beynəlxalq yardım çağırışı da daxildir.

Bahadur Seyidov