Kim Çen In orduya təlimləri artırmasını tapşırdı



 15:58 07.02.2023     289

Şimali Koreya lideri Kim Çen In hərbçilərə döyüş təlimlərini artırmağı və müharibə hazırlığını gücləndirməyi tapşırıb.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət agentliyi məlumat yayıb. Bildirilir ki, Hakim İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyasının iclasına sədrlik edən Kim Çen In hərbçilərə hərbi hazırlığı artırmaq barədə təlimat verib.

 Komissiya üzvləri iclasda "hərbi əməliyyatların və təlimlərin davamlı olaraq genişləndirilməsi və intensivləşdirilməsi" və "döyüş hazırlığının" gücləndirilməsi barədə məsələləri müzakirə ediblər.

Bahadur Seyidov