Le Pen pensiya islahatı ilə bağlı referendum keçirilməsini təklif edir



 16:12 07.02.2023     287

Fransada Milli Birlik Partiyasının sədr müavini Marin Le Pen pensiya yaşının 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı ilə bağlı referendum keçirilməsini təklif edib.

Demedia.az xəbər verir ki, Le Pen bildirib ki, pensiya məsələsinə referendumla qərar verilməsi qəribə qarşılanmamalıdır. Onun sözlərinə görə, partiyası qanun layihəsinin səsə qoyulmasının qarşısını almaq üçün əllərində olan bütün imkanlardan istifadə edəcək.

Qeyd edək ki, hökumətin pensiya yaşını 62-dən 64-ə çıxarılması barədə təklifi ölkədə etirazlara səbəb olub.

Bahadur Seyidov