Çin şarın Pekinə aid olduğunu təsdiq etdi
Çin ABŞ-dan sonra Latın Amerikası üzərində görünən digər şarın da Pekinə aid olduğunu etiraf edib.
Demedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning açıqlama verib. O bildirib ki, şar hava şəraiti nəticəsində məhdud idarəetmə qabiliyyətinə görə planlaşdırılan marşrutdan kənara çıxıb. O, Çinin məsuliyyətli ölkə olduğunu və beynəlxalq hüquq çərçivəsində digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini deyib. Sözçü şarın heç bir ölkə üçün təhlükə yaratmadığını ifadə edib.
Qeyd edək ki, ABŞ ordusu şar dəniz üzərinə keçən kimi onu zərərsizləşdirib.
Bahadur Seyidov