Rusiya ordusu Donetsk vilayətinin Nikolayevka qəsəbəsini nəzarətə götürdü



 17:12 07.02.2023     286

Rusiya ordusu Donetsk vilayətinin Nikolayevka qəsəbəsini nəzarətə götürüb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, döyüşlər zamanı müxtəlif bölgələrdə 300-ə yaxın Ukrayna əsgəri zərərsizləşdirilib. ABŞ istehsalı olan 15 ədəd çoxbarrelli HIMARS raketi məhv edilib. Məlumata görə, son əməliyyatlar zamanı Ukrayna ordusuna aid 4 pilotsuz uçuş aparatı vurulub.

Bildirilir ki, bu günə qədər isə Ukraynaya məxsus 382 təyyarə, 206 helikopter, 3 min 27 pilotsuz uçuş aparatı, 403 hava hücumundan müdafiə sistemi, 7 min 759 tank və zirehli texnika, 1009 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4 min 12 haubitsa və 8276 şəxsi hərbi maşın məhv edilib.

Bahadur Seyidov