Joze Mourinyodan Türkiyəyə dəstək mesajı



 20:33 07.02.2023     543

Romanın baş məşqçisi Joze Mourinyo sosial media hesabından Türkiyə və Suriyada baş verən zəlzələlərlə bağlı dəstək mesajı göndərib.

Demedia.az xəbər verir ki, İtaliya komandalarından olan "Roma"nın baş məşqçisi Joze Mourinyo Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra sosial media hesabında paylaşım edib.

Baş məşqçi Fatih Terimlə fotosunu paylaşan Joze Mourinyo "Türk və Suriyalı qardaşlarımı sevgi ilə qucaqlayıram" deyib.

Aysun / Demedia.az