12 gün əvvəl körpələrini qucağına almışdılar.... - Zəlzələdən kədərli xəbər



 22:04 07.02.2023     530

Vəkil Bestami Uğur Alkan, həyat yoldaşı Özge Alkan və 12 günlük körpələri Arven Hatayda çökən binada həyatını itirib.

Demedia.az xəbər verir ki, Türkiyənin Tekirdağ bölgəsində çalışan vəkil Bestami Uğur Alkan 3 il əvvəl məmləkəti Hatayda məskunlaşaraq peşəsini burada davam etdirməyə başlayıb.

Alkan, həyat yoldaşı Özge, 12 günlük körpəsi Arven və anası Nalan Alkanın birlikdə qaldıqları ev zəlzələ nəticəsində dağılıb. Axtarış-xilasetmə qrupları tərəfindən aparılan işlər nəticəsində Bestami Uğur Alkan, həyat yoldaşı Özge və körpələri Arvenin cansız cəsədləri tapılıb. Yaralı kimi xilas edilən Nalan Alkana xəstəxanada tibbi yardım göstərilib.

Tekirdağ Vəkillər Kollegiyasının keçmiş üzvləri Bestami Uğur Alkan və həyat yoldaşı və körpəsinin vəfatından sonra yaydığı başsağlığı mesajında deyib:

"Ağrımız böyükdür, baş verən zəlzələdə çox sayda vətəndaşımızı itirdiyimiz üçün kədərlənirik. Şərq və Cənub-Şərqi Anadolu bölgəsində səhər saatlarında. Zəlzələdə Tekirdağ Barından Hatay Barına sövq edilənlər həmkarımız Bestami Uğur Alkan, həyat yoldaşı Özge Alkan və körpələrinin də olduğunu öyrəndik. Bu böyük fəlakətdə həyatını itirən bütün vətəndaşlarımıza, həmkarlarımıza, onların həyat yoldaşlarına və körpələrinə Allahdan rəhmət, yaxınlarına və ictimaiyyətimizə başsağlığı və səbr diləyirik. Millətimizə başsağlığı verirəm”.

Aysun / Demedia.az