Kanada Türkiyə və Suriyaya 10 milyon dollar ayırdı



 16:18 08.02.2023     339

Kanada, episentri Qəhrəmanmaraşda yerləşən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı Türkiyə və Suriyaya 10 milyon dollar ayırıb.

Demedia.az xəbər verir ki, bu məbləğ zəlzələdən ziyan görənlərin ehtiyaclarını qarşılamaq üçün istifadə ediləcək. Kanadanın Beynəlxalq İnkişaf Naziri Harjit Sajjan bildirib ki, federal hökumət əlavə yardımların ayrılması üçün ehtiyacları nəzərdən keçirir.

“Zəlzələ qurbanlarının ehtiyaclarını müəyyən etməyə çalışırıq. Zəlzələ bölgələrində çalışan BMT qruplarından məlumat alırıq" - Harjit Sajjan  deyib.

Bahadur Seyidov