NATO Türkiyəyə 1400-dən çox fövqəladə hallara müdaxilə heyəti göndərib



 16:59 08.02.2023     322

NATO-ya üzv olan 30 ölkə, o cümlədən İsveç və Finlandiya Türkiyəyə Kahramanmaraşdakı zəlzələlərlə əlaqədar heyət və lazımi yardım göndərib.

Demedia.az xəbər verir ki, bu barədə NATO yazılı açıqlama yayıb. Bildirilir ki, NATO ölkələri və tərəfdaşı İsveç və Finlandiyadan ümumilikdə 1400-dən çox fövqəladə hallara müdaxilə heyəti Türkiyəyə göndərilib. Açıqlamaya görə, axtarış itləri, axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və struktur mühəndis qrupları, tibb personalı və materialları və seysmik ekspertlər də daxil olmaqla müxtəlif formalarda Türkiyəyə yardım göndərilib.

Bildirilir ki, yardımlar NATO-nun fövqəladə hallara reaksiya mexanizmi olan NATO-Avropa-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi vasitəsilə həyata keçirilir.

Bahadur Seyidov