Kosovoda matəm elan edildi



 16:40 08.02.2023     320

Kosovo prezidenti Vjosa Osmani 10 vilayətdə baş verən 7,7 və 7,6 ballıq zəlzələlər səbəbilə ölkədə bir günlük milli matəm elan edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Kosovo Prezidenti Vjosa Osmani sosial media hesabındakı paylaşımında qeyd edib:

"Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türk və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də 8 fevral Çərşənbə günü Kosovo Respublikasında milli matəm günü elan etdim”.

Qeyd edək ki, Kosovo Təhlükəsizlik Qüvvələri 30 nəfərdən ibarət kontingenti Türkiyəyə göndərib.

Bahadur Seyidov