Türkiyə üçün yardımlar göndərmişik - Borrell



 17:42 08.02.2023     403

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Türkiyədə baş verən zəlzələlərdən kədərləndiyini ifadə edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təmasdadır və  Avropa Birliyi ölkələri Türkiyəyə yardım etmək üçün əlindən gələni edir. Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərlə bağlı başsağlığı verən Borrell deyib:

"Zəlzələ üçün çox üzgünəm. Bu, böyük bir faciədir. Dostum Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram. Biz bacardığımız qədər xilasetmə qrupları və tibbi ləvazimat göndəririk. Bütün üzv ölkələr hərəkətə keçib”.

Bahadur Seyidov