Avstraliya Türkiyəyə yardım göndərir



 16:01 08.02.2023     325

Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Türkiyədəki axtarış-xilasetmə işlərinə dəstək vermək üçün ekspert qrupu göndərəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, axtarış-xilasetmə qrupu Türkiyəyə getmək üçün hazırlıqları davam etdirir. Albanese bildirib ki, Avstraliya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi, Yeni Cənubi Uels Dövlət Yanğın Xidməti, Xarici İşlər və Müdafiə nazirlikləri axtarış-xilasetmə qrupunu göndərmək üçün koordinasiya qurub. Avstraliya hökumətinin qida, sığınacaq və təcili ehtiyacları qarşılayacaq humanitar yardım üçün 10 milyon Avstraliya dolları (təxminən 132 milyon lirə) ayıracağına deyən Albanese bildirib:

"Bir çox avstraliyalının kömək etmək istədiyini bilirəm. Kömək etməyin ən yaxşı yolu Qeyri-hökumət təşkilatları vasitəsilə ediləcək ianələrdir”.

Bahadur Seyidov