Venesuela Türkiyə və Suriyaya 50 nəfərlik axtarış-xilasetmə qrupu göndərdi



 17:26 08.02.2023     317

Venesuela prezidenti Nikolas Maduronun göstərişi 7,7 və 7,6 bal gücündəki zəlzələlərlə əlaqədar Türkiyə və Suriyaya 50 nəfərlik axtarış-xilasetmə qrupu göndərilib.

Demedia.az xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri Yvan Gil açıqlama verib. O bildirib ki, axtarış-xilasetmə qrupu dərman və qida paketləri ilə birlikdə iki ölkəyə göndərilib. Türkiyə və Suriyada böyük faciə yaşandığını vurğulayan Gil, "Beynəlxalq ictimaiyyətdən təcili yardım üçün səslərini ucaltmalarını xahiş edirik” deyib. Türkiyə və Suriyaya fəlakətlə mübarizə üzrə ixtisaslaşmış bir qrup göndərəcəklərini qeyd edən daxili işlər və ədliyyə naziri Remiqo Ceballos İnçaso deyib:

"Prezidentimizin qəti göstərişi var, Türkiyə və Suriya xalqına dəstəyimizi və həmrəyliyimizi göstərəcəyik. Mümkün ehtiyaclar üçün əlaqə saxlayacağıq”.

Bahadur Seyidov