Papa zəlzələ ilə bağlı dünyanı həmrəyliyə çağırdı



 17:12 08.02.2023     309

Roma Katolik kilsəsinin dini lideri Papa Fransisk Türkiyədə və Suriyada dağıntılara səbəb olan zəlzələ ilə bağlı həmrəylik mesajları verib.

Demedia.az xəbər verir ki, hazırda düşüncələrim zəlzələdən ciddi şəkildə təsirlənən Türkiyə və Suriya xalqlarının yanındadır deyən Papa Fransisk onlar üçün dua etdiyini deyib.

Hər kəsi bu fəlakət qarşısında həmrəylik nümayiş etdirməyə çağıran Papa deyib: "Gəlin birlikdə dua edək ki, bu qardaş və bacılar bu faciə qarşısında irəliləyə bilsinlər".

Papa, həmçinin əlverişsiz hava şəraiti, yolların ciddi zədələnməsi kimi çətinliklərlə üzləşən xilasedicilərə təşəkkür edib və onlar üçün dua etməyi xahiş edib.

Bahadur Seyidov