İtaliya Türkiyəyə iki təyyarə və 1 gəmi ilə yardım göndərdi



 18:15 08.02.2023     332

İtaliya Kahramanmaraşdakı zəlzələdə zərərçəkənlərə dəstək üçün Türkiyəyə səhra xəstəxanası və bir gəmi göndərəcək.

Demedia.az xəbər verir ki, bu barədə İtaliyanın mülki müdafiə naziri Nello Musumeci açıqlama verib. O bildirib ki, Avropa Komissiyası ilə müzakirələrdən sonra İtaliya Türkiyəyə daha çox yardım göstərməyi qərarə alıb. Onun sözlərinə görə, səhra xəstəxanası qurmaq və lazımi yardımları daşımaq üçün İtaliya donanmasına aid bir gəmi Türkiyəyə yola düşür.

Müdafiə naziri Guido Crosetto isə bildirib ki, İtaliya Hərbi Hava Qüvvələrinə məxsus ikinci C130 nəqliyyat təyyarəsi yardım daşımaq üçün Türkiyəyə yola düşüb.

Bahadur Seyidov