“Qazaxıstan Türkiyəyə hər cür yardım etməyə hazırdır”



 11:05 09.02.2023     328

“Qazaxıstan iki böyük zəlzələdən zərər çəkən Türkiyəyə hər cür yardım etməyə hazırdır”.

Demedia.az xəbər verir ki, Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi belə açıqlama verib. Türkiyənin Astanadakı səfirliyini ziyarət edən Tileuberdi, zəlzələlərdə çox sayda insanın həyatını itirməsi ilə əlaqədar açılan başsağlığı kitabını imzalayıb. Burada jurnalistlərə açıqlama verən nazir, zəlzələ nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib. O bildirib ki, Qazaxıstan çətin günlərdə qardaş ölkəyə əlindən gələn köməyi göstərməyə hazırdır.

Türkiyəyə iki axtarış-xilasetmə qrupu göndərdiklərini bildirən Tileuberdi, "Hazırda qruplarımız Türkiyəyə çatıb və axtarış-xilasetmə işlərinə başlayıb. Bundan başqa, tezliklə humanitar yardım göndərəcəyik”- deyib.

Bahadur Seyidov