Fransa Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracaq



 11:41 09.02.2023     346

Fransa Kahramanmaraşdakı zəlzələdən zərərçəkənlər üçün Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracaq.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen sosial media hesabında yazıb. O bildirib ki, Fransanın Türkiyəyə göndərdiyi 136 nəfərlik xilasetmə qruplarına əlavə olaraq prezident Emmanuel Makronun göstərişi ilə səhra xəstəxanasınıı qurulmasına qərar verilib. Xəstəxanada 81 personalın çalışacağını deyən Darmanenin sözlərinə görə, xəstəxana zəlzələdən zərər çəkənlərin ehtiyacları nəzərə alınaraq qurulacaq.

Qeyd edək ki, Fransa Türkiyəyə 3 təyyarə ilə 136 nəfərlik axtarış-xilasetmə qrupu, 61 yanğınsöndürən, 2 həkim, 4 tibb bacısı, 1 baytar göndər və 6 xüsusi təlim keçmiş it göndərib.

Bahadur Seyidov