İsveç polisi Türkiyənin səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına icazə vermədi



 14:19 09.02.2023     363

İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasına icazə verməyib.

Demedia.az xəbər verir ki, bu barədə Stokholm polisinin mətbuat sözçüsü Ola Österlinq deyib. O bildirib ki, bir şəxsin Türkiyədəki Stokholm səfirliyi qarşısında Quran yandırmaq üçün tələb etdiyi icazəyə mənfi cavab verilib. Österlinqin sözlərinə görə, qərar verilməmişdən əvvəl İsveçin Kəşfiyyat Təşkilatı “SEPO” ilə danışıqlar aparılıb. Polis Quranı yandırmaq üçün icazə istəyən şəxsin adını açıqlamayıb. Lakin mətbuat onun Rasmus Paludanın Paludan olduğunu irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl Danimarkanın “ Sərt İstiqamət” partiyasının sədri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırması etirazlara səbəb olub.

Bahadur Seyidov