Yaponiya Türkiyəyə yardımı artırır



 12:19 09.02.2023     327

Yaponiya hökuməti Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı Türkiyəyə yardımları artıracaq.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Kişida Fumio açıqlama verib. O bildirib ki, Yaponiya Türkiyəyə xilasedicilər göndərib. Baş nazirinin sözlərinə görə, Yaponiya zəlzələdən zərər çəkənlərin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artırmağı nəzərdən keçirir. O, zəlzələdən zərər çəkənlər arasında Yaponiya vətəndaşlarının olduğu barədə məlumat almadığını qeyd edib.

Nazirlər kabinetinin baş katibi Matsuno Hirokazu isə qeyd edib ki, Yaponiya zərər çəkən Suriyaya da humanitar yardım göndərməyi planlaşdırır.

Bahadur Seyidov