Yunanıstan Türkiyəyə 5 təyyarə ilə humanitar yardım göndərir



 15:21 09.02.2023     321

Yunanıstan Kahramanmaraşdakı zəlzələ ilə bağlı Türkiyəyə 5 təyyarə ilə humanitar yardım göndərir.

Demedia.az xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilir ki, Baş nazir Kiryakos Mitsotakisin göstərişi ilə zəlzələdən zərər çəkənlər üçün  təcili yardım və sağlamlıq ləvazimatlarından ibarət yardımların göndərilməsinə qərar verilib. Yardımlar arasında 7500 ədyal, 1500 çarpayı, 500 çadır və digər lazım olan  humanitar ləvazimatlar var.

Qeyd edək ki, Yunanıstan Türkiyəyə iki ayrı axtarış-xilasetmə qrupu göndərib.

Bahadur Seyidov