Özbəkistan səhra xəstəxanasının qurulması üçün Türkiyəyə həkim briqadası göndərdi



 16:23 09.02.2023     368

Özbəkistan səhra xəstəxanasının qurulması üçün Türkiyəyə avadanlıq və 71 nəfərlik həkim briqadası göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki,  Prezident Şavkat Mirziyoyevin göstərişi ilə Müdafiə Nazirliyinə tabe olan 71 nəfərdən ibarət hərbi tibb heyət Türkiyəyə səhra hospitalının yaradılması üçün göndərilib. Açıqlamada qeyd olunub ki, Daşkənddən Qaziantepə uçan təyyarədə tam təchiz olunmuş səhra xəstəxanasının qurulması üçün lazım olan avadanlıqlar, həmçinin tibbi dərman və materiallardan ibarət humanitar yardımlar olub.

Qeyd edək ki, Özbəkistan hökuməti Türkiyəyə 100 nəfərlik xilasetmə qrupu ilə humanitar yardım göndərmişdi

Bahadur Seyidov