Tayvanın yüksək rütbəli rəsmiləri 1 aylıq məvaciblərini Türkiyəyə bağışladı
Tayvanın yüksək rütbəli hökumət rəsmiləri 1 aylıq məvaciblərini zəlzələdən əziyyət çəkən Türkiyəyə bağışlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb. Bildirilir ki, məvacibləri zəzlələ ilə bağlı Türkiyəyə bağışlayanlar arasında Tayvan lideri Tsai İnq-ven, vitse-prezident Lai Çinq-te, Baş nazir Çen Çien-jen və baş nazirin müavini Çenq Ven-tsan da var. Bildirilir ki, bundan əvvəl Tayvan hökuməti Türkiyəyə 2 milyon dollar ianə edib.
Tayvan xalqının ianəsi isə indiyədək 340.000 dollardan çoxdur. Həmçinin Tayvan Türkiyəyə 130 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib.
Bahadur Seyidov