Avropa İttifaqı ölkələrinin liderləri Ərdoğana məktub göndərdi



 17:01 09.02.2023     335

Avropa İttifaqı ölkələrinin liderləri Türkiyədə baş verən zəlzələlərlə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı və həmrəylik məktubu göndərib.

Demedia.az xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı ölkələrinin zirvəsində Kahramanmaraşdakı zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Liderlərin Prezident Ərdoğana ünvanladığı məktubda deyilir:

“Xalqınız ürəkağrıdan bir sınaqdan keçir. Avropa İttifaqı liderləri zəlzələlərdə həyatını itirənlərə başsağlığı verir. Avropa İttifaqı və üzv ölkələr bu faciədə Türkiyə və Suriya xalqları ilə tam həmrəydir”.

Liderlər zəlzələdən sonra yardımın tez bir zamanda çatdırılması üçün əllərindən gələni etdiklərini qeyd ediblər.

Bahadur Seyidov