Türk milləti bunun öhdəsindən gələcəkdir - Şavkat Mirziyoyev



 12:45 10.02.2023     359

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin Daşkənddəki səfirliyinə gedib.

Demedia.az xəbər verir ki, o, Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb. Mirziyoyev ​​bildirib ki, Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində çox sayda insanın həyatını itirməsi və tikililərin dağılması xəbəri onu və bütün Özbəkistan xalqını dərindən kədərləndirib: "Bu ağır gündə bütün türk xalqına və rəhbərliyinə başsağlığı veririk. Dostlarımızla çiyin-çiyinə dayanıb, hər cür yardım və dəstəyi verməyə hazırıq. Türk milləti bunun öhdəsindən gələcəkdir”.

Daha sonra Mirziyoyev Türkiyənin Daşkənddəki səfiri Olqan Bekarla görüşüb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Bahadur Seyidov