Peskovdan Ukraynaya təyyarə verilməsinə münasibət



 13:04 10.02.2023     379

Kreml sözçüsü Dmitriy Peskov, Böyük Britaniyanın Ukraynaya döyüş təyyarələri göndərmək istəməsi barədə açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Rusiya bu həmləni Böyük Britaniya, Fransa və Almaniyanın münaqişəyə daha çox müdaxiləsi kimi qəbul edir. Peskovun sözlərinə görə, bu ölkələrin münaqişədə birbaşa və ya dolayısı ilə iştirakı barədə məhdudiyyəti aradan qalxır.

“Ukraynaya döyüş təyyarələri göndərilməsi qarşıdurmalara mənfi təsir edəcək. Bu hərbi həmlələrin münaqişəni gərginləşdirdiyini və münaqişəni Ukrayna üçün daha ağrılı hala gətirdiyini təəssüflə ifadə edə bilərik" -  Peskov deyib.

Bahadur Seyidov