Səudiyyə Ərəbistanında Türkiyə və Suriya üçün 26 milyon dollar ianə edildi



 14:12 10.02.2023     404

Səudiyyə Ərəbistanında Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün təşkil edilən kampaniyada toplanılan məbləğ 100 milyon rialı (təxminən 26 milyon dollar) keçib.

Demedia.az xəbər verir ki, kampaniya yeni başlamasına baxmayaraq ərəblər fəallıq nümayiş etdirir. Yerli mənbələrin mlumatına görə, cəmi 1 gündə kampaniyaya 338 mindən çox insan dəstək verib. Onların yardım etdiyi ümumi məbləğ 26 milyon dolları ötüb.

Ölkənin rəsmi agentliyi SPA-nın məlumatına görə, krallıq da Türkiyədəki zəlzələlərdən zərər çəkənlərə dəstək vermək üçün tədbirlər həyata keçirib. Kral Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salmanın Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş insanlara dəstək olmaq üçün hava yardımı dəhlizinin yaradılması barədə göstəriş verib.

Bahadur Seyidov