Cəsur türk xalqının bu dağıdıcı təbii fəlakətin nəticələrini aradan qaldıracağına əminəm" - Belarus XİN



 14:46 10.02.2023     465

Belarusun xarici işlər naziri Sergey Aleynik zəlzələlərdə həyatını itirənlər barədə başsağlığı vermək üçün Türkiyənin Minskdəki səfirliyini ziyarət edib.

Demedia.az xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat verib. Türkiyənin Minskdəki səfiri Mustafa Özcana başsağlığı verən Aleynik zəlzələlərdə həyatını itirənlərin xatirəsinə səfirlikdə açılan başsağlığı kitabını imzalayıb.

“Cəsur türk xalqının bu dağıdıcı təbii fəlakətin nəticələrini aradan qaldıracağına əminəm. Dost türk xalqına bu çətin sınaqda əzmkarlıq arzulayırıq. Belarus xalqı bu matəm günlərində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir” - Belarus XİN deyib.

Bahadur Seyidov